Musiqi məktəbinin direktoruna cinayət işi açıldı

Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
30 dekabr 2023
# 10:41

Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı başa çatıb.

Kulis.az x'b'r verir ki, Goranboy Rayon Prokurorluğundan bildirilib ki, toplanılmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilib. Axşam.az

# 1047 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #