Günter Qrassdan sonra o da öldü

Günter Qrassdan sonra o da öldü
14 aprel 2015
# 12:04

Nobelli alman yazıçı Günter Qrassdan sonra dünən başqa bir böyük yazıçı Eduardo Qaleano da vəfat etdi. Kulisin soczu.com.tr-yə istinadən verdiyi məlumata görə Qaleano 74 yaşında dünyasını dəyişib.

Ağ ciyər xərçəngi olan Qaleano cümə günü Uruqvayın paytaxtı Montevideodakı xəstəxanaya yerləşdirilmişdi.

Uruqvaylı jurnalist, yazıçı 1940-cı ildə Montevideoda anadan olub. Kitabları bir çox dillərə çevrilib. 1970-ci illərə qədər jurnalistika fəaliyyəti ilə məşğul olan Qaleano ölkəsindən mühacirət edərək əvvəl Argentinaya, orda da hərbi çevriliş olandan sonra İspaniyaya qaçmışdı. İspaniyada oalrkən məşhur trilogiyası “Atəş xatirələri”ni yazmışdı.

Qaleano vətənə bir də 1985-ci ildə qayıtdı.

“Latın Amerikansının kəsilmiş damarları”, “Kölgədə və günəşdə futbol”, “Yeriyən kəlmələr” və başqa əsərləri var.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #