"Murders in the Same Building" serialının üçüncü sezonu yayımlanacaq

"Murders in the Same Building" serialının üçüncü sezonu yayımlanacaq
18 may 2023
# 18:44

Avqustun 8-də kriminal komediya serialı "Murders in the Same Building"in üçüncü mövsümünün premyerası olacaq.

Kulis.az xəbər verir ki, bu Disney Plus-dan məlumat verilib.

Serialın süjeti əsl cinayət podkastlarına olan sevgiləri ilə birləşən üç qonşu ətrafında cərəyan edir. Evlərində qətl baş verəndə, qəhrəmanlar öz araşdırmalarını aparmağa və onun gedişi barədə öz podkastlarında məlumat verməyə qərar verirlər.

Yeni serialda Steve Martin , Martin Short və Selena Gomez baş rolları oynamaq üçün geri dönüb. Aktyor heyətinə Meryl Streep və Paul Rudd də qatılıb. Hər iki əvvəlki buraxılış kimi, üçüncü mövsüm də on epizoddan ibarət olacaq.

# 651 dəfə oxunub

Müəllifin son yazıları

# # #