Murakami Rusiya və Ukrayna xalqına çağırışı etdi

Murakami Rusiya və Ukrayna xalqına  çağırışı etdi
20 mart 2022
# 11:58

Yaponiya yazıçısı Haruki Murakami bir radio proqramında Ukrayna və Rusiyaya sülh çağırışı edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Tokio FM-də yayımlanan “Müharibənin bitməsi üçün musiqi” adlı radio proqramında Murakami, aparıcının “Musiqi müharibəni dayandıra biləcək gücə sahibdirmi?” sualına “Təəssüf ki, yox. Ancaq dinləyiciləri, müharibəni insanların dayandıra biləcəyinə inandıra bilər” cavabını verib.

Ceyms Teylorun “Never Die Young” almobu haqqında danışan yazıçı, əvvəlki nəslin başlatdığı bir müharibədə gənc insanların ölməsinin ürəkləri parçaladığını deyib.

Avtoritar rejimlərin təhlükəli olduğuna toxunan yazıçı, cəmiyyətlərin öz liderlərini kor-koranə izləmələrinin sonunun salamat olmayacağını bildirərək, Rusiya-Ukrayna müharibəsinə qarşı hər iki ölkənin xalqına sülh çağrışı edib.

# 1533 dəfə oxunub

Müəllifin son yazıları

# # #