Görkəmli bəstəkar, SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə bəstəkarın yaxınları məlumat yayıb.
Qeyd edək ki, Murad Kajlayev 1931-ci ildə Bakıda anadan olub.
Sonrakı illərdə o, Mahaçqalaya köçərək, bəstəkar həmkarlarları ilə Dağıstan Muxtar Respublikasında peşəkar bəstəkarlıq yaradıcılığının təməlini qoyub.
M.Kajlayev Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. O, "Sovet Azərbaycanı”, “Məhəbbətim mənim, kədərim mənim”, “Qəribə adam” filmlərinin musiqisinin də müəllifidir.
Murad Kajlayev vəfat edib
23 dekabr 2023
20:00
864 dəfə oxunub