Səudiyyə Ərəbistanında qayaüstü rəsmlər aşkar edildi

Səudiyyə Ərəbistanında qayaüstü rəsmlər aşkar edildi
2 oktyabr 2025
# 10:11

Səudiyyə Ərəbistanında qayaüstü rəsmlər aşkarlanıb.

Kulis.az xəbər verir ki, mütəxəssislər bu tapıntının təxminən 12 min il əvvələ aid olduğunu ehtimal edirlər.

Almaniyanın Maks Plank adına Geoantropologiya İnstitutunun arxeoloqu Mariya Quanyin və komandası Ərəbistanın şimalındakı Nefud səhrasında aparılan qazıntılar zamanı təxminən iki metr hündürlüyündə insanları, dəvələri, vəhşi eşşəkləri, dağ keçilərini, ceyranları və vəhşi öküz adlanan müasir mal-qaranın nəsli kəsilmiş əcdadını təsvir edən təxminən 130 qayaüstü rəsm aşkar edib.

Qeyd edək ki, bu kəşf Şimali Ərəbistanın arxeoloji tarixində mühüm boşluğu doldurur və qədim icmaların sərt səhra şəraitinə uyğunlaşma qabiliyyətini əyani şəkildə göstərir.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər