Türkiyənin 27 yaşlı aktyoru İbrahim Yıldızın üzərinə ağac aşıb.
Kulis.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan sənətçi reanimasiyaya yerləşdirilib.
Komada olan aktyor beynindən zədə alıb və intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, o, "Duy beni" və "Muhteşem Yüzyıl: Kösem" filmlərilə məşhurlaşıb.