“Muğam Marafonu” başlayıb

“Muğam Marafonu” başlayıb
25 iyun 2023
# 18:00

İyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb.

Kulis.az xəbər verir ki, sözügedən marafon bu gün saat 12-yədək davam edəcək.

24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək.

Muğam Marafonunda xanəndələrlə yanaşı 25 elektron musiqiçi də çıxış edir.

# 641 dəfə oxunub

Müəllifin son yazıları

# # #