“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirildi

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirildi
26 iyun 2023
# 15:50

Heydər Əliyev Mərkəzində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanışı olub.

Bayram gecəsinin açılışında dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımovun, Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi "Mirvari" rəqs ansamblının ifasında füsunkar çıxışlar olub.

İyunun 18-25-də baş tutan Beynəlxalq Musiqi Festivalı zəngin proqramı ilə muğamsevərləri bir araya toplamışdı. Azərbaycan, Özbəkistan, Türkiyə, Hindistan, Böyük Britaniya, Yunanıstan, Əfqanıstan, İran, İordaniya, Tacikistan, Mali, İsrail və digər ölkələrin ustad və kollektivlərinin, o cümlədən müsabiqə iştirakçılarının iştirak etdiyi konsert proqramları ictimaiyyətin böyük marağına səbəb olub. Festival çərçivəsində həmçinin şeir gecələri, sərgilər, mühazirələr, təqdimatlar və elmi simpoziumlar keçirilib.

"Xanəndə" və "instrumental ifa" nominasiyaları üzrə keçirilən Beynəlxalq Muğam Müsabiqəsi festivalda mərkəzi yer tutub.

Müsabiqənin münsiflər heyətinin sədri Milli Konservatoriyanın rektoru, Azərbaycanın Xalq artisti Siyavuş Kərimi, münsiflər heyətinin üzvləri məşhur musiqi nəşri "Songlines"in baş redaktoru Saymon Broton (Böyük Britaniya), iraqlı musiqiçi, ud ifaçısı, "UNESCO-nun Sülh Naminə Artisti" Nasir Şamma, Özbəkistandan "Soqdiana" Dövlət ənənəvi alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abduraqimova, Türk dünyası musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat (Türkiyə) olub.

# 824 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #