“Hilalın uğuruna çox sevindim.”
Bu sözləri tanınmış rejissor Elçin Musaoğlu həmkarı Hilal Baydarovun filminin Venesiya festivalının əsas proqramına daxil edilməsi ilə bağlı fikrini bildirərkən qeyd edib. O, daha sonra bildirib:
“Artıq uzun zamandır ki, onu tanıyıram. Hər çəkdiyi filmin ona və dostlarına hansı əzab və mərhumiyyətlər bahasına başa gəldiyindən də xəbərim var. Biz Hilalla zarafat edəndə bu filmləri öz aramızda “peraşki yeyə-yeyə çəkilən filmlər” adlandırırıq. Təbii ki, bir müddət sonra bütün çətinliklər unudulur. Əsas nəticədir. O da ki var. Yolun açıq olsun Hilal! Uğurlar!”
Rejissor fikrini belə yekunlaşdırıb:
“Azərbaycan sinemasının gələcəyini ruhən sağlam və istedadlı gənclər təyin edəcək!”
Xatırladaq ki, Elçin Musaoğlunun Qarabağ mövzusunda çəkdiyi “Nabat” filmi də bir sıra beynəlxalq festivallarda uğurla iştirak edib.