Mövlud Süleymanlı Şamaxıda dəfn olunub - Foto

Mövlud Süleymanlı Şamaxıda dəfn olunub - Foto
22 fevral 2024
# 15:26

Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub.

Kulis.az-ın məlumatına görə, APA-nin Şirvan bürosu xəbər verir ki, Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxının Kərkənc kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.

Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

# 799 dəfə oxunub

Müəllifin son yazıları

# # #