Moskvada Müslüm Maqomayevin adına küçə verilə bilər

Müslüm Maqomayev, bəstəkar, SSRİ xalq artisti

Müslüm Maqomayev, bəstəkar, SSRİ xalq artisti

26 oktyabr 2021
# 17:30

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adına küçə verilə bilər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Müslüm Maqomayevin adına küçə verilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından artıq Moskva şəhərinin dövlət strukturlarına müraciət olunub.

Moskvanın Şərqi Dequnino rayonunun yerli azərbaycanlı milli mədəni muxtariyyətinin sədri Həşim Əliyev APA-ya bildirib ki, artıq Moskva meri Sergey Sobyaninə və paytaxtın Troitsk və Novomoskovskiy inzibati dairələrinin administrasiyasına (Yeni Moskva) Moskovskiy yaşayış məntəqəsinin küçələrindən birinə Müslüm Maqomayevin adının verilməsi üçün müraciət edilib.

Həşim Əliyev rayon administrasiyası tərəfindən həmin müraciətə baxıldığını və Moskovskiy yaşayış məntəqəsinin deputatlar Şurasının iclasında Müslüm Maqomayevin adına küçə verilməsi təklifinə baxılacağını qeyd edib.

# 1595 dəfə oxunub

Müəllifin son yazıları

# # #