Əməkdar artist türkiyəli sənətçiləri ağlatdı - Video

Əməkdar artist türkiyəli sənətçiləri ağlatdı - Video
3 yanvar 2020
# 15:54

“Məni anam dünyaya gətirsə də, sənət üçün atam doğub. Bu, ilahidən bir hədiyyədir”.

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova Türkiyənin tanınmış şoumeni Okan Bayulgenin, “Okan Bayülgenlə uykusuzlar klübü” verlişində qonaq olarkən səsləndirib: “Bu, ilahidən bir hədiyyədir. Muğamı həmişə tək oxuyurdular. Amma biz duet şəklində ifa etməyə başladıq, dünya səhnələrində dilimizi bilməyən insanlara yaydıq. Atam onu yalnız etmişdi, indiyədək də edəcəkdi. Allah onu mənə, məni də ona göndərdi ki, bahəm bu işi yerinə yetirək”.

Gallery

Əməkdar artistin sözləri aparıcı Okan Bayülgeni və verilişdə qonaq olan türkiyəli ifaçı Yavuz Bingölü kövrəldib.

Y.Bingöl hər iki sənətçi ilə bağlı müsbət fikirlər səsləndirib, onların sənətini xəzinə adlandırıb: “Alim Qasımov son 50 ilə damğa vurmuş möhtəşəm səsdir. Çox özəldilər, inanılmazdırlar” sözlərini söyləyib: “Azərbaycanın yaşayan xəzinəsisiniz. Biz sizdən hazırda sənəti öyrənirik. Qızınızı tərifləmirsiniz. Təbii ki, xəzinəsiniz. Fərqanə Qasımovanın səsi çınqıllı bir dərədən gələn saf səsi xatırladır”.

# 6315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #