Çarli Çaplinin nəvəsinin tamaşası göstəriləcək

Çarli Çaplinin nəvəsinin tamaşası göstəriləcək
14 may 2015
# 16:02

Mayın 13-də Moskvada A.P.Çexov adına 12-ci Beynəlxalq Teatr Festivalı öz işinə başlayıb. Kulisin məlumatına festival Fransanın Buff Dyu Nor teatrının “Dvoryanlıqda meşşanlıq” tamaşası ilə açılıb.

Festivalda 12 ölkədən 19 tamaşa iştirak edir. İki aydan artıq davam edəcək festivalda Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, KXR, Tayvan, Yaponiya və Argentinadan olan teatr kollektivləri müxtəlif mövzuda və janrda tamaşalar göstərəcək. Proqrama Çarli Çaplinin nəvəsi Ceyms Teryenin məşhur “Qırmızı tənbəki” tamaşası da daxil edilib. Həmçinin proqramda yapon rejissoru Satosi Miyaqi, Almaniyanı təmsil edən Devid Marton, fransız Lyuk Bondo (“Odeon” teatrı), Rimas Tuminas, yunan rejissoru Teodoros Terzopulos, fransız rejissorlar Mari Luis Bişofberje, Paskal Ramber və başqa rejissorların quruluşları daxildir. Tamaşalar “12+” və “18+” yaş məhdudiyyəti ilə təqdim olunur.

Festivalın proqramı üç hissədən ibarətdir: Dünya seriyası, Moskva proqramı və regional proqram. Festival iyulun 17-də məşhur fransız aktrisası İzabell Yupperin baş rolda oynadığı “Yalan etiraflar” tamaşası ilə bağlanacaq.

Xatırladaq ki, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalı 1992-ci ildən keçirilir.

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #