Misirdə aparılan yeni araşdırmalar Menkaure piramidasının şərq tərəfində gizli girişə işarə edən iki hava boşluğu aşkar edib.
Kulis.az xəbər verir ki, yüksək texnologiyalı skan üsulları ilə müəyyən olunan bu anomaliyalar piramidada indiyədək məlum olmayan keçid və ya otaqların ola biləcəyini göstərir.
Tədqiqatçılar fasaddakı həddindən artıq hamar işlənmiş qranit blokların da qədim giriş ehtimalını gücləndirdiyini bildirirlər.
Bu nəticələr 2019-cu ildə irəli sürülmüş “ikinci giriş” nəzəriyyəsini təsdiqləyən ilk elmi sübutlar sayılır.
Qeyd edək ki, araşdırma nüfuzlu "NDT & E International" jurnalında dərc olunub.