“Min bir gecə” baleti nümayiş olundu

“Min bir gecə” baleti nümayiş olundu
28 sentyabr 2023
# 11:30

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti Rusiyanın tanınmış incəsənət xadimi, Mariinsk teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyevin quruluş verdiyi xoreoqrafik tərtibatda ilk dəfə Böyük Teatrın səhnəsində nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, əsas partiyalarda Mariinsk teatrının birinci solisti Renata Şakirova, həmçinin Primorsk səhnəsinin aparıcı solistləri – prima-balerina Liliya Berejnova, premyerlər Sergey Umanets və Viktor Mulıgin səhnəyə çıxıblar.

Moskva auditoriyası ilk dəfə Vladivostok truppasının balet repertuarında orijinal tərtibata tamaşa edib. Baletin xoreoqrafiyası öz həllini neoklassik üslubda tapıb və şərq rəqslərinin rəngarəngliyini əks etdirən folklor elementləri ilə zəngindir. Tamaşanın librettosu Maqsud və Rüstəm İbrahimbəyovlara məxsusdur.

Tamaşaların nümayişi “Böyük qastrollar” layihəsinin aparıcı teatrlar istiqaməti çərçivəsində keçirilir.

AZƏRTAC

# 673 dəfə oxunub

Müəllifin son yazıları

# # #