Milli Prado Muzeyində yeni sərgi

Milli Prado Muzeyində yeni sərgi
3 iyul 2024
# 09:31

Milli Prado Muzeyi “İspaniyada incəsənət və social dəyişikliklər (1885-1910)”adlı sərgini təqdim edib.

Kulis.az xəbər verir ki, sərgidə bir çoxu indiyədək nümayiş etdirilməyən 300-ə yaxın əsər yer alıb. Onlar rəssamların həmin illərdə baş vermiş dəyişikliklərə münasibətinin çox geniş spektrini illüstrasiya etməyə imkan verir.

Sərgilənən əsərlərin bir çoxu milli incəsənət sərgilərində nümayiş etdirilib, onların əhəmiyyətli bir hissəsi hökumət tərəfindən alınıb. Məhz buna görə də Milli Prado Muzeyində İspaniyanın ən mühüm sosial rəsm dəsti saxlanılır.

Qeyd edək ki, sərgi 2024-cü il sentyabrın 22-dək davam edəcək.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #