Bakılı aktrisa ona göndərilən çılpaq fotolardan sərgi açacaq

Bakılı aktrisa ona göndərilən çılpaq fotolardan sərgi açacaq
2 iyun 2016
# 12:58

Aktrisa Nəsrin Cavadzadə sosial media hesablarına göndərilən seksual xarakterli mesajlardan ibarət sərgi açmağı planlaşdırır.

Kulis.Az-ın məlumatına görə aktrisa bu mesajları göndərənlərin adlarını da açıqlayacağını bildirib: “Kişilər öz çılpaq şəkillərini mənə göndərirsə, məncə onları nümayiş etdirməkdə də problem olmamalıdır. Bu cinsi təcavüzdür, mən də onları açıqlayacam. Heç kimdən erotik şəkil istəməmişəm. Özləri göndərib. Onları məhkəməyə də verə bilərdim. Lakin sərgi daha yaxşıdır. Bəlkə məşhur olacaqlarına görə özlərini xoşbəxt də hiss edə bilərlər”.

Bu elandan sonra aktrisaya minlərlə dəstək mesajı gəlib. Hətta bəzi kişilər öz həmcinlərinin etdiyi hərəkətə görə aktrisadan üzr istəyiblər.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. 1993-cü ildən Türkiyədə yaşayan aktrisa bir çox film və serialda oynayıb. O Türkiyənin ən yaxşı gənc aktrisalarından sayılır.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #