Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb

Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
14 sentyabr 2022
# 15:30

Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.

Kulis.az xəbər verir ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramına olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

Qeyd edək ki, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.

# 1138 dəfə oxunub

Müəllifin son yazıları

# # #