Tbilisidə Azərbaycan və gürcü gənclərinin sərgisi olacaq

Tbilisidə Azərbaycan və gürcü gənclərinin sərgisi olacaq
21 dekabr 2021
# 18:45

Dekabrın 24-də Tbilisidə A.Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Muzeyində azərbaycanlı və gürcü gənclərin “Palitra İnteqrasiya-2021” adlı sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgidə Marneulidəki “Çay Evinin” rəsm və xalçaçılıq kursunun gənclərinin əl işləri və Rəssamlıq Akademiyasının nəzdində yaradılmış “Mavi süfrə” adlı dekorativ incəsənət nümunələri nümayiş etdiriləcək.

Sərginin təşkilatçılarından olan Emin Əhmədov bildirib ki, sərgidə eyni zamanda, xalça toxunması prosesi nümayiş etdiriləcək. Xalça dəzgahı güşəsində sərgi iştirakçıları peşəkar xalçaçının köməkliyi ilə xalça toxuya biləcəklər.

Sərginin yekununda toxunmuş xalçanın dəzgahdan kəsilmə prosesi təşkil olunacaq.

A.Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyası, İnkişaf və Təhsil Mərkəzi, Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı və “SOCAR” şirkətinin dəstəyi ilə həyata keçiriləcək sərgidə 100-ə qədər xalça və rəsm nümunələri nümayiş olunacaq.

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #