Milli Kitabxanada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə kitab sərgisi açıldı
3 dekabr 2024
# 15:39

Milli Kitabxanada “3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə fotolar, əlillərin hüquqlarının qorunması, əlilliyi olan insanların töhfələri, nailiyyətləri ilə bağlı dövri mətbuat səhifələrində dərc edilən məqalələr və kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisində əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və sosial müdafiəsi haqqında, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin edilməsi problemləri haqqında qanunvericilik aktları, monoqrafiyalar, ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

# 246 dəfə oxunub

Müəllifin son yazıları

# # #