Antakya Mədəniyyətlər Xorunun 7 sənətçisi Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalaraq həyatını itirib.
Kulis.az xəbər verir ki, xorun dağıntılar altından sağ çıxarılan texniki koordinatoru Bedirhan Gök isə İzmirdəki otelə yerləşdirilib.
2007-ci ildə Hatayın tanıtımına töhfə vermək və sivilizasiyalar arasında körpü yaratmaq məqsədi ilə qurulan, erməni, pravoslav, katolik və yəhudiləri bir araya gətirən xor ümumilikdə 200 nəfərlik heyətdən ibarət olub. Xorun dirijoru Yılmaz Özfirat və 2012-ci ildə Nobel Sülh Mükafatına namizəd olub.
Özfirat və Gökün hazırda ən böyük arzusu zəlzələdə həyatını itirən xor dostları Mehmet Özdemir, Gizem Dönmez, Hakan Samsunlu, Pınar Aksoy, Fatma Çevik, Müge Mimaroğlu və Ahmet Fehmi Ayazın xatirəsini musiqiləri ilə yaşatmaqdır.