“Animation in Azerbaijan 2023” adlı kataloq hazırlanır

“Animation in Azerbaijan 2023”  adlı kataloq hazırlanır
15 noyabr 2023
# 17:39

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası “Animation in Azerbaijan 2023” adlı kataloq hazırlayır.

Kulis.az xəbər verir ki, kataloq beynəlxalq tədbirlərdə, festivallarda, sərgilərdə, o cümlədən, Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq.

Sözügedən kataloqda Azərbaycanda çəkilmiş və hazırlıq mərhələsində olan animasiya filmləri və seriallar, animasiya sahəsində fəaliyyət göstərən studiyalar, kinofestivallar, animasiya kinosuna dəstək göstərən dövlət qurumları və qeyri-hökumət təşkilatlarının siyahısı yer alacaq.

Qeyd edək ki, kataloqa öz işlərini təqdim etmək istəyən animasiya peşəkarları və animasiya studiyaları noyabrın 20-dək elektron qaydada müraciət edə bilərlər.

# 773 dəfə oxunub

Müəllifin son yazıları

# # #