Məşhur xoreoqraf Ueyd Robson amerikalı pop müğənnisi Maykl Ceksonu pedofiliyada ittiham edib və mərhum sənətçinin korporasiyasını yenidən məhkəməyə verib.
Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Robson iddia edir ki, o, uşaq ikən Avstraliyadan ABŞ-yə gələndə Cekson onunla dostluq edib və o, cinsi istismara məruz qalıb. Kaliforniya Apellyasiya Məhkəməsi onun iddiasını qəbul edib.
Robson 2013-cü ildə Ceksonun şirkətinə qarşı ilk məhkəmə iddiasını qaldırarkən hadisələrin fərqli versiyasını söyləyib. Xoreoqraf qeyd edib ki, o vaxt tam manipulyasiya olduğundan yalan ifadə verib.
Xatırladaq ki, 2019-cu ilin mart ayında HBO, Ceksona qarşı yeni pedofiliya iddialarını əks etdirən "Leaving Neverland" adlı sənədli film yayımlayıb. Wade Robson və James Safechuck filmdə öz hekayələrini danışıblar. Onlar uşaq ikən məşhur malikanədə müğənni tərəfindən cinsi istismara məruz qaldıqlarını iddia ediblər.