Məşhur şairə aid arxiv sənədinin gizliliyi ləğv edildi

Məşhur şairə aid  arxiv sənədinin gizliliyi ləğv edildi
13 avqust 2025
# 10:52

Türkiyənin "Milli İstihbarat Təşkilatı" (MİT) daha bir sənədin gizliliyini aradan qaldırıb.

Kulis.az xəbər verir ki, sözügedən arxiv sənədində Nazim Hikmətin imzası, “1950” tarix qeydi və şairin “Dəvət” şeirindən misralar yer alır.

Yayımlanan arxivdə məşhur şairə aid olduğu düşünülən rəsmlər, əlyazma və imzanı əks etdirən arxiv sənədləri var.

Qeyd edək ki, sənədlər təşkilatın veb - saytının"Özəl kolleksiya" başlığıyla yayımlanan raportlarına əlavə edilib.

# 242 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər