Facebookda naşılığı uzaqdan görünən 11 UNUDULMAZ TİP

Facebookda naşılığı uzaqdan görünən <span style="color:red;">11 UNUDULMAZ TİP
13 aprel 2017
# 09:00

Kulis.az Facebookdakı 11 naşı tipi, obrazlı desək “qızıldiş istifadəçiləri” diqqətinizə çatdırır.

1. Ş hərfini W kimi yazanlar – bu ənənə mobil telefonlardan formalaşıb. Ş hərfi ingilis əlifbasında yoxdur... Bəs niyə W? Axı bu, Ş hərfinə oxşamır? Məsələ budur ki, oxşayır. Latın Ş-sına yox, kiril Ş-sına (Ш). Demək bu hərfi yazanlar həm də yaşlı nəslin nümayəndəsi olduqlarını göstərirlər. Ancaq W yazmaq ənənəsi gənc nəslə də sirayət edib.

2. Şərhdə hal-əhval tutanlar – yenə öz statusunun şərh hissəsi ola dərd yarıdır, başqasının paylaşımının altında olanda lap gülməli çıxır. Sanki kiminsə məclisində təsadüfən rastlaşıb qucaqlaşırlar. Özləri bir yana, ata-ana, arvad-uşaq soruşanlar da olur.

Image result for dahi insan

3. Özünü həddindən artıq ağıllı aparanlar və hamıya məsləhət verənlər – bu, bir az da təzə video görən adamların kamera qarşısında özünü yığışdırmasına, həddindən artıq ciddi dayanmasına bənzəyir. Məqsəd olduğundan yuxarı görünməkdir ki, usta adamların gözündən qaçmır və obyekti gülməli vəziyyətə salır. Bu adamlar adətən milli mentalitet asılılığı və ifrat dindarlıqdan əziyyət çəkirlər.

Image result for selfi

4. Gəzdikləri ən adi yerlərdən fotosessiya edənlər – İndi nəinki Azərbaycanın, hətta qonşu ölkələrin də gəzməli, görməli yerləri fotolardan az qala hamıya tanışdır. Odur ki, bu məqamda çoxları seçimini dəqiq edə bilmir. O da ki, naşı tiplər ola... Şamaxı yolundan elə poz verirlər, sanki paralel dünyadadırlar.

Image result for duyğusallık

5. Sentimentallar – hislərini gizləyə bilmirlər, çox qabarıq, gərəyindən artıq nümayiş etdirirlər və Facebook imkanları onların ən munis duyğularını da asanlıqla ifşa edir. Belə adamlar üçün sosiallaşması mümkün olan və olmayan məsələ yoxdur. Profilinə bax, iki dəqiqəyə kəşf et.

Image result for Fəlakət

6. Nə gəldi like edənlər – çoxu like düyməsini basmağa iş kimi baxır. Bəs nə! Səhifəsində görünür axı. Like etməsə hörmətsizlik çıxar.

7. Gözəl qadın şəkilləri altında “Maşallah”, “Çox cazibədarsınız!”, “Həmişə belə gözəl olun!” tipli sözlər yazıb əriyənlər – vay, vay, vay! Bunlar Freyd üçün əməlli-başlı təcrübə obyekti olardı.

Want to comment? You better read more than the headline, says Norwegian site NRKbeta.

8. Şərhlərdə yalnız “Allah rəhmət eləsin”, “Təbrik edirəm!”, “Allah saxlasın” yazanlar – bunlar 5-ci bənddəki xarakterin əksidirlər. Özlərini gizləyirlər, heç nə yazmırlar. Ancaq zəhrimar naşılıq elə şeydir ki, soyuqqanlı olanda da adamı ifşa edə bilir. Ən yaxşısı virtual da olsa mövcud olduğun məkanı öyrənməkdir.

Image result for comment

9. Bütün təbrik şərhlərinə cavab verənlər – bəzən ad günündə, toyda və başqa sevindirici paylaşımlarda yüzlərlə şərh gəlir, hamısına “Sağ ol, əziz qardaşım!”, “Təşəkkür edirəm, ablam!” tipli cavablar yazırlar. Səhifədə marça-murçdan qulaq tutulur.

Image result for ad günü tortu

10. Bayramlarda dostlarının inboksuna təntənəli açıqca şəkilləri göndərənlər, ad günlərində tort şəkli paylaşanlar – imkan ola qol açıb çırtma çala-çala bir-iki “kruq” hərlənərlər də! çox şən və pozitivdirlər. Allah saxlasın hamısını...

Image result for layt erkek komik

11. Dozadan yuxarı nəzakət göstərənlər – xüsusən qadınlara qarşı! Guya çox mədənidirlər. Ağıllarına gəlməz ki, Leyla Nənə kimi xanımlar belə nəzakəti cinsi ayrı-seçkilik kimi qiymətləndirib onları sərt tənqid atəşinə tuta bilər. Naşılıq əclaf şeydir. Neyləsən də cəngindən çıxa bilmirsən.

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #