Məşhur rok qrupunun solisti səhnədə infarkt keçirdi

Məşhur rok qrupunun solisti səhnədə infarkt keçirdi
19 dekabr 2022
# 14:00

“The Exploited” rok qrupunun solisti Uatti Buçan Boqotada konserti zamanı huşunu itirərək yerə yıxılıb.

Kulis.az xəbər verir ki, 65 yaşlı musiqiçi daha öncə də infarkt keçirməkdə şübhəli bilinib. Oxşar hadisə 2014-cü ildə qrupun Lissabondakı çıxışında baş verib.
Hazırkı diaqnoz təsdiqlənərsə, Buçan səhnədə ikinci dəfə infarkt keçirmiş olacaq.

“Azarkeşlərdən və bu vəziyyətdən təsirlənən hər kəsdən üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik "deyə qrupun Facebook hesabında deyilir.

”The Exploited” qrupu 1979-cu ildə Edinburqda yaradılıb. İki il sonra musiqiçilər ilk disklərini buraxıblar. Qrupun diskoqrafiyasına səkkiz studiya albomu daxildir.

Уотти Бьюкен: "Панк – самая демократичная музыка на земле!" – Москва 24,  04.02.2016

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #