Məşhur rəsmlər niyə əyri asılır?

Məşhur rəsmlər niyə əyri asılır?
29 mart 2023
# 16:00

Vyanadakı Leopold Muzeyi Klimt, Schiele və digər rəssamların seçilmiş əsərlərini diaqonal şəkilində asıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, muzey iqlim dəyişikliyinə diqqət çəkmək üçün dünyaca məşhur mənzərə rəsmlərini qəsdən əyri asıb.

“Bir neçə dərəcə daha çox olsa, dünyanı narahat edən yerə çevirəcək” adlı kampaniya muzey tərəfindən CCCA (Climate Change Center Austria) İqlim Araşdırmalar Şəbəkəsi ilə birgə həyata keçirilir.

Ən son elmi araşdırmalar göstərir ki, Klimt, Courbet, Moser və Schiele kimi rəssamların əsərlərində yüz ildən çox əvvəl əbədiləşdirilən mənzərələr indiki halda yoxa çıxa bilər.

Şəkillər lazımi tədbirlər görülməsə, həmin ərazilərdə temperaturun yüksələ biləcəyi qədər əyilib.

# 1204 dəfə oxunub

Müəllifin son yazıları

# # #