Məşhur reperin üzüyü rekord qiymətə satıldı

Məşhur reperin üzüyü rekord qiymətə satıldı
27 iyul 2023
# 13:20

Amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord qiymətə satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük yeni sahibinə bir milyon dollara başa gəlib.

Qeyd edək ki, sənətçi 1996-cı ildə Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib.

Qısa müddətli karyerasına baxmayaraq, Tupak 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #