1997-ci ildə Ən yaxşı xarici film nominasiyasında Oskar qazanmış "Oğru" filminin rejissoru Pavel Çuxray xəstəxanaya aparılıb.
Kulis.az xəbər verir ki, rejissor qipoqlikemiyadan əziyyət çəkir.
78 yaşlı rejissor halsızlıq hiss etdiyi üçün həkimə müraciət edib, müayinə nəticəsində məlum olub ki, şəkərli diabet səbəbindən rejissorun qanındakı qlükoza aşağı düşüb.