Keçmiş Mədəniyyət naziri vəfat etdi

Keçmiş Mədəniyyət naziri vəfat etdi
29 dekabr 2019
# 18:32

Tanınmış yunan bəstəkarı və siyasi xadimi Tanos Mikrusikos vəfat edib.

Kulis.az xəbər verir ki, 73 yaşlı bəstəkar uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Tanos Mikrusikos dekabrın 30-da Afinada dəfn ediləcək.

Qeyd edək ki, Tanos Mikrusikos 1960-cı ildən etibarən musiqi sahəsində fəaliyyət göstərib. 1986-cı ildə Patr Beynəlxalq Festivalının yaradıcısı olub.

1993-1996-cı illərdə Yunanıstanın Mədəniyyət nazirinin müavini, bir müddət sonra isə Yunanıstanın Mədəniyyət Naziri postunda çalışıb.

# 1517 dəfə oxunub

Müəllifin son yazıları

# # #