Venesiya Film Festivalının mükafat qazanan “Jinpa” filminin rejissoru tibetli Pema Tseden 53 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, onun ölüm xəbəri bu gün Çin mediası tərəfindən yayımlanıb.
Ölümün səbəbi ilə bağlı heç bir məlumat verilməsə də, Çin mediasının təsdiqlənməmiş xəbərlərində onun infarkt keçirdiyi bildirilir.
Xatırladaq ki, filmləri tibet dilində olan Tseden Çinin aparıcı rejissorlarındandır. Onun filmlərinin arasında 2018-ci ildə Venesiya Film Festivalının "Horizontallar" bölməsində baş tutan premyerası zamanı "Ən yaxşı ssenari" mükafatını qazanan "Jinpa" xüsusi yer tutur.