"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı
4 iyul 2026
# 11:00

​"Disney"in bütün dünyada böyük maraqla izlənən "Moana" animasiya seriyasının üçüncü filmi üçün hazırlıqlara başlanılıb.

Kulis.az xəbər verir ki, seriyada Maui obrazını səsləndirən məşhur aktyor Dueyn Conson üçüncü animasiya filmi üçün ssenari işlərinə start verildiyini elan edib.

Məlumata görə, "Walt Disney Studios"un təqdimat mərasimlərindən birində çıxış edən Conson studiyanın animasiya seriyasını üçüncü filmlə davam etdirməyi planlaşdırdığını diqqətə çatdırıb:

"Bəli, "Moana 3" haqqında danışdıq. Lakin əvvəlcə hazırkı filmimizin nümayişini gözləyəcəyik. Üçüncü filmin ssenarisini isə seriyanın ssenari müəllifləri Cared Buş və Dana Leduks Miller qələmə alacaq".

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər