Məşhur qrupdan 40 il sonra sürpriz

Məşhur İsveç pop qrupu “ABBA”

Məşhur İsveç pop qrupu “ABBA”

5 noyabr 2021
# 12:40

Məşhur İsveç pop qrupu “ABBA” 40 il sonra yeni “Voyage” (“Səyahət”) albomunu buraxdı.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əvvəlki albom 40 il əvvəl, 1981-ci ildə “The Visitors” (“Ziyarətçilər”) adı altında dinləyicələrə təqdim olunmuşdu.

Yeni albomda 10 trek toplanıb. Qrup 2022-ci ildə Londonda konsertə hazırlaşır.

Xatırladaq ki, “ABBA” qrupu 1972-ci ildə yaradılıb. 1974-cü ildə “Avroviziya”da qalib olandan sonra daha da tanınıblar.

# 3232 dəfə oxunub

Müəllifin son yazıları

# # #