Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
4 may 2023
# 11:30

Məşhur ingilis müğənnisi Linda Lyuis 72 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı sənətçinin ailəsi açıqlayıb.

Britaniyalı musiqiçi beş oktavalı vokal diapazonu ilə tanınıb və David Boui və Rod Styuart kimi müğənnilərə bek-vokallıq edib.

Sosial mediada ölümünü elan edən qardaşı Di Lyuis Cley, "sevimli gözəl bacısının" evdə dinc şəkildə dünyasını dəyişdiyini deyib və ölümü "ürək parçalayan" şəklində ifadə edib.

Xatırladaq ki, bu ilin əvvəlində Lyuis TalkTV-də "James Whale Unleashed" şousundakı çıxışında "Rock-A-Doodle-Doo" nun akustik versiyasını ifa edib. Ölümündən sonra Veyl xəbərə görə çox təəssüfləndiyini və ifanın möhtəşəm olduğunu vurğulayıb.

# 636 dəfə oxunub

Müəllifin son yazıları

# # #