Məşhur komediya ustası vəfat etdi

Məşhur komediya ustası  vəfat etdi
8 iyun 2023
# 16:10

Aktyor və komediya ustası Pat Kuper 94 yaşında Las-Veqasdakı evində vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Fox News Digital” məlumat yayıb.

Pat Kuper ilk uğurunu müğənni Frank Sinatra üçün Las-Veqasdakı Sands Casino-da açılış çıxışından sonra qazanıb. Kuper komediya şouları ilə çıxış edib. 1999-cu ildə Robert De Niro, Billi Kristal və Lisa Kudrov ilə birlikdə "Analize This" komediyasında və digər layihələrdə rol alıb.

# 685 dəfə oxunub

Müəllifin son yazıları

# # #