Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi
30 sentyabr 2026
# 16:00

İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Pərəstu Əhmədi haqqında çıxarılan hökm Apellyasiya Məhkəməsi tərəfindən olduğu kimi saxlanılıb.

Kulis.az xəbər verir ki, Qum Əyaləti Apellyasiya Məhkəməsi sənətçiyə verilən 74 şallaq cəzası ilə yanaşı, onun 2 il müddətinə audio-vizual fəaliyyətlə məşğul olmasına və ölkədən çıxışına qoyulan qadağanı da qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarı konsertdə yer alan digər musiqiçilər və texniki heyətə də şamil edilib.

Pərəstu Əhmədi 2024-cü ilin dekabrında "YouTube" platformasında yayımlanan təxminən 27 dəqiqəlik konsert proqramında baş örtüyü olmadan və dörd nəfərlik kişi musiqiçinin müşayiəti ilə çıxış etmişdi.

Qum şəhər məhkəməsi iyun ayında bu çıxışı dini və əxlaqi qaydalara zidd hesab edərək cəza təyin etmişdi.

Qeyd edək ki, bu qərar İranda qadın sənətçilərin hüquqları və məcburi hicab qaydaları ilə bağlı müzakirələri yenidən alovlandırıb.

# 47 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər