Məşhur Hollivud aktyoru tərifə görə tənqid olundu

Məşhur Hollivud aktyoru tərifə görə  tənqid olundu
23 avqust 2025
# 11:00

Məşhur Hollivud aktyoru Kris Pratt ABŞ-da qalmaqallı fiqur sayılan Robert F. Kennedi Jr.-ı "əyləncəli" və "mükəmməl" biri kimi xarakterizə etdiyi üçün ictimai tənqid hədəfinə çevrilib.

Kulis.az xəbər verir ki, "Guardians of the Galaxy" və "Jurassic World" filmləri ilə tanınan aktyor Kennedi ilə ailəvi görüşlər zamanı yaxşı münasibət qurduğunu bildirib.

Kennedinin peyvəndlərə qarşı çıxışı və elmi faktlara zidd iddiaları onu cəmiyyətdə mübahisəli fiqura çevirib.

Pratt isə Kennedi ilə siyasi mövzuları müzakirə etmədiyini və onun sadəcə ailə mühitində xoş insan olduğunu vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bir çox istifadəçi isə bu sözləri ilə Prattin radikal baxışlara göz yummasını tənqid edib.

# 179 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər