Müğənni Daşkənddən Moskvaya velosiped sürəcək

Müğənni Daşkənddən Moskvaya velosiped sürəcək
1 iyul 2017
# 21:15

Özbək müğənnisi Xursənd Şerov Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75 illiyi ilə bağlı Daşkənddən Moskvaya velosiped yürüşünə başlayıb.

Bu münasibətlə Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Rus Mədəniyyət Mərkəzi (RMM) ilə birgə paytaxtın Babur parkında yolasalma mərasimi keçirib.

Yolasalma mərasimində mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, Müslüm Maqomayevin pərəstişkarları, jurnalistlər RAMMM-nin sədri Mobil Məmmədov zəmanəmizin tanınmış müğənnisi Müslüm Maqomayevin həyat və yaradıcılığı, ölməz mahnıları haqqında söhbət açıb. Deyilib ki, Xursənd Şerov bu gün Daşkənddən yola düşür, Özbəkistandan sonra Qırğızıstan, Qazaxıstandan keçərək Rusiya ərazisinə çatacaq.

RMM-nin sədri Aleksandr Aristiv bildirib ki, bu Xursənd Şerovun Müslüm Maqomayevin şərəfinə birinci səfəri deyil. Bundan əvvəl o, böyük müğənninin ad və hüzn günü ilə əlaqədar velosipedlə Bakıya və Moskvaya səfərlər edib.

Xursənd Şerov Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş velosiped turunun təşkili ilə bağlı göstərdikləri dəstəyə görə RAMMM və RMM-nə minnətdarlığını bildirib. O deyib ki, Daşkənddən Moskvaya 5 min 700 kilometr məsafə qət edəcək və avqustun 17-də Moskvada böyük müğənninin abidəsinin qarşısında keçiriləcək mərasimə qatılacaq. O qeyd edib ki, Moskvadan isə Bakıya səfər etməyi planlaşdırır. Yolboyu Müslüm Maqomayevin əsərlərini təbliğ edəcək, onun ölməz mahnılarını ifa edəcək.

Sonra Özbəkistan müğənnisi dahi Müslüm Maqomayevin “Azərbaycan”, “Əziz Anam” mahnılarını ifa edib. /azertag.az/

# 1144 dəfə oxunub

Müəllifin son yazıları

# # #