Məşhur filmin davamı çəkiləcək

Məşhur filmin davamı çəkiləcək
31 avqust 2022
# 14:00

“Beverli Hills Polisi” filminin dördüncü hissəsi çəkiləcək.

Kulis.az xəbər verir ki, Aksell Fouli obrazını yenidən Eddi Mörfi canlandıracaq.

Ekran əsəri “Beverli Hills Polisi: Aksell Fouli” adlanır. Filmin rejissoru Mark Molloydur. Aktyor heyətinə Teylor Peyc və Cozef Qordon-Levitt də qatılıblar. Film “Netflix”də yayımlanacaq.

Qeyd edək ki, “Beverli Hills Polisi” filminin ilk hissəsi 1984-cü ildə ekranlara çıxıb. O, ən yaxşı ssenari üzrə “Oskar”, həmçinin “Ən yaxşı film” və “Ən yaxşı aktyor” nominasiyalarında “Qızıl Qlobus” mükafatına namizəd olub.

# 1166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #