Məşhur bəstəkar insult keçirib - Yeriyə bilmir

Ətiqə Ələkbərova

Ətiqə Ələkbərova

17 may 2024
# 12:00

Bəstəkar Ətiqə Ələkbərovanın səhhətində problem yaranıb.

Kulis.az xəbər verir ki, “Elgizlə izlə” verilişində bəstəkarın köməkçisi onun vəziyyəti ilə bağlı məlumat verib:

"Ətiqə xanımın vəziyyəti kritikdir. İnsult keçirib, 6 aydır ayaqları tutulub, yerimir. Mədəsindən qan açılıb".

Elgiz Əkbər bəstəkarın təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə yerləşdiriləcəyini deyib.

Qeyd edək ki, o, "İnan", "Belə ayrılmayaydıq", "Əlvida" kimi sevilən mahnıların müəllifidir.

# 777 dəfə oxunub

Müəllifin son yazıları

# # #