Məşhur aktyorun qızı: Atam deyirdi ki, qardaşımla mən bir gecəlik münasibətin...

Məşhur aktyorun qızı:   Atam deyirdi ki, qardaşımla mən bir gecəlik münasibətin...
9 iyul 2024
# 10:32

Ustad sənətçi Metin Akpınarın uzun illərdən sonra ortaya çıxan əkiz qızlarından biri Duyğu Nebioğlunun ardından Sevgi Katkıcının DNT testi də yekunlaşıb. İllər sonra Mətin Akpınarın Duygu Nebioğlu adlı bir qızı olduğu üzə çıxdı və bu, şou ictimaiyyətində müzakirələrə səbəb oldu.

Kulis.az xəbər verir ki, Duyqu Nebioğlu atalıq davasını qazandıqdan sonra onun əkiz bacısı Sevgi Katkıcı da məhkəməyə müraciət edib. Sevgi Katkıcının Metin Akpınara qarşı Antalya Ailə Məhkəməsində qaldırdığı iş üzrə məhkəmə yekunlaşıb.

Sevgi Katkıcı məhkəmə bitdikdən sonra bunları dilə gətirib:

"Atam iddia edirdi ki, qardaşımla mən bir gecəlik münasibətin məhsuluyuq. Düşünürəm ki, belə deyil və şahidlərim var. Bütün bunları sübut edəcəm. Əgər o, mənə bəzi həqiqətləri səmimi desəydi, bu baş verməzdi. Atamın ölümündən sonra layiq olduğumuzu alacağıq".

# 4916 dəfə oxunub

Müəllifin son yazıları

# # #