Filmin afişası 500 min dollara satıldı

Filmin afişası 500 min dollara satıldı
31 iyul 2017
# 13:09

Məşhur Hollivud filmi “Kasablanka”nın afişası Dallasda keçirilən hərracda 500 min dollara satılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, əldə olan yeganə italyan posteri imiş.

Afişa 1946-cı ildə, “Kasablanka” filminin premyerasından dörd il sonra buraxılıb. Ölçüsü 1m-1,4 m-dir.

Afişa bundan əvvəl Londondan olan bir auksionerə məxsus imiş.

Afişanın yeni sahibi isə adının anonim qalmasını istəyib.

“Kasablanka” XX əsrin ən məşhur filmlərindəndir. Filmdə baş rollarda Xamfri Boqart və İnqmar Berqman oynayıb. Film üç nominasiyada “Oskar” mükafatı alıb.

# 912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #