Məşhur aktyorun mənzilində narkotik laboratoriyası aşkarlandı

Məşhur aktyorun mənzilində narkotik laboratoriyası aşkarlandı
5 iyul 2023
# 14:20

Məşhur rusiyalı aktyor Dmitri Malkovun mənzilində narkotik laboratoriyası aşkarlanıb.

Kulis.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, aktyoru polisə öz dostu şikayət edib. Polisin əməliyyat axtarışları nəticəsində Dmitrinin kirayə qaldığı mənzildə narkotik bitkiləri yetişdirdiyi məlum olub.

Tapılanlar ekspertiza rəyi üçün təhvil verilib.

Qeyd edək ki, Dmitri Malkov “Çikatilo” serialında polis obrazını canlandırıb, həmçinin “Əlaqə” serialında və bir sıra filmlərdə rol oynayıb.

# 669 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #