Canəli Əkbərovun vəziyyəti ağırlaşdı

Xalq artisti Canəli Əkbərov

Xalq artisti Canəli Əkbərov

20 oktyabr 2021
# 11:17

Xalq artisti Canəli Əkbərovun səhhəti ağırlaşıb.

Kulis.az xəbər verir ki, bu braədə 81 yaşlı muğam ifaçısının kürəkəni Nurəddin Salayev məlumat verib.

O, bildirib ki, C.Əkbərovun vəziyyəti yaxşı deyil: “Sosial şəbəkədə Canəli bəyin ağzında maska ilə şəkli yayılıb. Həmin foto 2019-cu ildə Mərkəzi klinikada müalicə olunan zaman çəkilib, sosial şəbəkədə yayılıb. Elə ona görə də yazıblar ki, koronovirusa yoluxub. Əslində koronovirusa yoluxmayıb. Yazılanlar yalandır. Canəli bəy 6 aydır danışa bilmir. Çox nadir hallada insanı tanıya bilir. Ağır xəstədir, 3 ildir beyin insultu keçirib. Evdə müalicə alır. Vəziyyəti o qədər ağırdır ki, xəstəxanaya yerləşdirə bilmirik”.

# 1290 dəfə oxunub

Müəllifin son yazıları

# # #