“Dostlar” serialının məşhur aktyoru Metyu Perrinin ölümündə məsuliyyət daşıdığı müəyyən edilən həkim Salvadora Plasensiya 2,5 il həbs cəzası alıb.
Kulis.az xəbər verir ki, Plasensiya narkotik asılılığı ilə mübarizə aparan Perriyə pul qarşılığında ketamin satmaqda təqsirli bilinir.
O, məhkəmədə ittihamları qəbul edərək günahını etiraf edib.
Xatırladaq ki, Metyu Perri uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparırdı. O, 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində, cakuzi içində ölü vəziyyətdə tapılıb. Ekspertiza aktyorun ölüm səbəbinin ketaminin yüksək dozada qəbulu olduğunu müəyyən etmişdi.
Depressiya müalicəsi çərçivəsində Perri bir neçə həftə ketamin inyeksiyaları qəbul edib. Klinikada dozadan artıq vurulmasına icazə verilmədiyi üçün o, dərmanı sonradan qeyri-qanuni yolla əldə etməyə başlayıb.