“Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabının təqdimatı keçirildi

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”  kitabının təqdimatı keçirildi
24 may 2024
# 18:50

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri açan BBMM-in müşaviri Aytən Qəhrəman ölkəmizdəki çoxmədəniyyətliliyin tarixindən, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdəki müdrik siyasətindən, eləcə də Azərbaycanda yaşayan xalqların mədəniyyətinin təbliğində Multikulturalizm Mərkəzinin rolundan söz açıb.

Kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri barədə məlumatlar əksini tapıb. Eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb.

Kitab Azərbaycan və talış dillərində nəşr olunub.

# 807 dəfə oxunub

Müəllifin son yazıları

# # #