Bu gün aktyor Gündüz Abbasovun doğum günüdür.
Kulis.az-ın məlumatına görə, Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində oynadığı rollar məşhurlaşdırıb. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib.
Onun sonuncu filmi "Yuxu" olub.
Sağlamlığından heç vaxt şikayəti olmasa da, ölümündən iyirmi gün əvvəl ayaqları tutulub, yatağa düşüb. İlkin həkim müayinəsindən sonra məlum olub ki, aktyor sirrozdur. Vəziyyəti getdikcə daha da pisləşib, komaya düşüb. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyərək deyib: “Peşman olmuşam”.