Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisin səhhəti ilə bağlı açıqlama yayıb.
Kulis.az xəbər verir ki, hollivud ulduzuna bu dəfə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub.
Bu barədə aktyorun ailəsi “Instagram” hesabında məlumat verib. Belə diaqnoz qoyulan insanlar təxminən 5-7 il yaşayır. Brüsün ailəsi isə ümidlərini itirmədiklərini bildiriblər.
- Milli qəhrəmanımızın yazdığı məşhur şeir – Bazar Oxusu
- Həmyerlimiz dünyaca məşhur serialda rol alıb
- Məşhur qrupun vokalisti vəfat etdi
"Ailəmiz üçün çox çətin dövrdür, sevginiz, şəfqətiniz və dəstəyinizə görə minnətdarıq. Brüsün həmişə dediyi kimi: "Doyunca yaşayın. Biz birlikdə bunu edəcəyik" , -deyə, aktyorun ailəsi bildirib.