Amerikslı aktyor Robert De Niro iyirmi ildən çox davam edən fasilədən sonra yenidən qorxu və triller janrına qayıdır.
Kulis.az xəbər verir ki, snətçinin başrolda çəkildiyi "Fısıltı Adam" (The Whisper Man) filmi avqustun 28-də izləyicilərə təqdim olunacaq.
Aleks Nortun eyniadlı romanı əsasında ekranlaşdırılan "Netflix" layihəsi cinayət və psixoloji gərginlik motivləri üzərində qurulub. Ekran işində təqaüddə olan polis detektivini canlandıran De Niro nəvəsini qaçıran sirli cinayətkarın izinə düşür.
Qeyd edək ki, "Hide and Seek" və "Godsend" filmlərindən sonra qorxu janrına dönən 82 yaşlı aktyor daxil olduğu bu obrazla kino tənqidçilərinin diqqətini çəkib.
Məşhur aktyor illər sonra geri qayıdır – Fərqli janrda